Ronaldinyo “Barselona”ya qayıtdı

  • 04 sen 2016, 20:33
Braziliya millisinin sabiq üzvü Ronaldinyonun yeni iş yeri müəyyənləşib.
 
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  36 yaşlı yarımmüdafiəçi yenidən "Barselona"ya qayıdıb.

Ancaq o, Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb.  "Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.
 
"Barselona" sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.
 
Qeyd edək ki, 2003-2008-ci illərdə "Barselona"da çıxış edən Ronaldinyo 145 oyuna 70 qol vurub.
 
Demokratik.Az
Oxşar xəbərlər