Rio-2016: Güləşçi Toğrul Əsgərov yarımfinalda

  • 21 avq 2016, 17:36
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov 1/4 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionu ikinci görüşünü amerikalı Frank Aniello Molinaroya qarşı keçirib.

İlk hissə 5:0 hesabı ilə Toğrulun xeyrinə başa çatıb. İkinci hissədə güləşçimiz daha 5 xal qazanaraq görüşü qələbə ilə başa vurub (10:0) və yarımfinala vəsiqə qazanıb.
 
Demokratik.Az
Oxşar xəbərlər