"RİO" qızıl medalının qiyməti neçədir?

  • 11 avq 2016, 08:29
Qızılın qiyməti ilə götürəndə, Rio oyunlarıda olimpiya zəfəri öz dəyərini itirir.

Rio olimpiya oyunlarında birinci yerlər uğrunda mübarizə aparan idmançılar alacaqları medalların qiymətinin nə qədər olduğunu bilmirlər.

Amma bilmələri vacibdir. Marketwatch.com saytı yazır ki, birinci yerə çıxan idmançılar medallarının 4 il əvvəlki medal qiymətində olmadığını görəcəklər.

Çünki məlum olub ki, Rio oyunlarının medalları qızılın indiki qiymətinin aşağı düşməsinə görə daha ucuzdur.

Köhnə illərlə müqayisədə indi qızılın qiyməti 17 faiz, gümüşünki isə 28 faiz düşüb.

Bununla belə, Rio medalları olimpiya tarixində ən ağır medallardı. Onların ağırlığı 500 qramdır.

Amma buna baxmayaraq qiyməti 601 dollar edir. 4 il əvvəlki medalların qiyməti isə 667 dollar olmuşdu.

Göründüyü kimi qiymət 12 faiz aşağıdır. 2012-ci ildə olimpiya oyunlarının medallarının daha yüngül, 412 qram olsa da, o vaxt qızıl bazar qiyməti yüksək idi.

Bu medallar əsas etibarilə qızıl və gümüşdan hazırlanır. Rio Medalları Riodakı qızıl medalın 494qramı 92,5 faizlik gümüşdən, 6 qrami isə 99.9 faiz qızıldan hazırlanıb.

Qızıl və gümüşün olimpiadanın başlandığı açılış gününə olan qiymətləri beləydi. Gümüşün bir ünsiyası 19,82 dollar, qızılın bir unsiyası isə 1,344,40 dollar. Yəni medalın qızılı 282 dollara, gümüşü 319 dollara başa gəlir.

Bu da toplam olaraq bir medalın qiymətini 601 dollar edir.

London olimpiadasında isə qızıl medalın 381 qramı gümüş, 5,5 qramı qızıl idi.

O vaxtkı qiymətlə hesablayanda qızıl medalın qiymətini 667 dollar edirdi.

Yarışlar başlayandan Amerika 5 qızıl medal qazanıb. Hazırki proqnozlara görə ABŞ 41 qızıl medal ala bilər. Bu isə ümumi 24,641 dollar edir.

azadliq.org
Oxşar xəbərlər