Rihanna “Qəbələ”yə necə mane oldu

  • 29 iyul 2016, 17:37
Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" Fransanın "Lill" klubu ilə ilk oyununun fransızların əsas stadionu olan "Stad Pyer Moura"da keçirilməməsinin səbəbi bəlli olub.

"Qafqazinfo" "20 minutes"ə istinadən xəbər verir ki, oyunun bu arenada olmamasının səbəbi isə dünya şöhrətli müğənni Rihannanın iyulun 23-də sözügedən məkanda konsert proqramı ilə çıxış etməsi olub. Konsertdən sonra "Lill" rəhbərliyi stadionun ot örtüyünün dəyişdirilməsini lazım bilib.

Bu səbəbdən oyun "Lill"in 2-ci stadionu olan "Lill-Metropol" arenasında baş tutacaq. Stadion 18 min 185 azarkeş tutumuna malikdir. "Stad Pyer Morua" stadionun tamaşaçı tutumu 50 min 157-dir.
Oxşar xəbərlər