"Qarabağ" Lüksemburqa gedir

  • 18 iyul 2016, 18:52
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Lüksemburqun "F91 Düdelanj" komandasının qonağı olacaq "Qarabağ"ın səfər planı bəlli olub.

Demokratik.Az-ın əldə etdiyi xəbərə əsasən Ağdam klubu "Qarabağ" bu gün axşam saatlarında ölkəmizi tərk edəcək. Komanda çarter reysi ilə İstanbula uçacaq.

Qeyd edək ki, "F91 Düdelanj" - "Qarabağ" matçı iyulun 20-si Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Lüksemburqun "Jos Nosbaum" stadionunda üz-üzə gələcək rəqiblərin cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq.

 

Demokratik.Az

Oxşar xəbərlər