Maradona: "Bu, Ronaldonun son şansıdır"

  • 10 iyul 2016, 14:12

 

Argentina millisinin canlı əfsanəsi Dieqo Armando Maradona "Avro-2016"nın finalında bu gün keçiriləcək Portuqaliya - Fransa oyunu haqda danışıb.

Qol.az-ın "Times of İndia"ya istinadən verdiyi məlumata görə, Maradona axşamkı görüşün portuqaliyalı ulduz Kriştiano Ronaldo üçün yığması ilə titul qazanması baxımından son şansı olduğunu bildirib:

"Belə oyunlarda hər şeyi taktika həll etmir. Burada əsas olan motivasiya, arzu və istəkdir. Bu gün Ronaldonun yığması ilə titul qazanması üçün son şansı olacaq. Fransa Ronaldonun, portuqallar isə Qrizmanın qarşısını almaq haqda düşünəcək. Fransızlar yarımmüdafiə və hücum xəttindəki futbolçularla rəqib üzərində təzyiq yarada bilər. Xüsusilə fransızların yarımmüdafiə xətti çox güclüdür".

Qeyd edək ki, bu axşam keçiriləcək Portuqaliya - Fransa final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 
Oxşar xəbərlər