Messi antirekorda imza atdı

  • 13 mart 2016, 20:46
"Barselona”nın hücumçusu Lionel Messi klub tarixində antirekorda imza atıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, dünən İspaniya çempionatının "Hetafe”ya qarşı oyununda (6:0) baş verib.

Messi onbirmetrlik cərimə zərbəsini dəqiq vura bilməyib. Bu isə onun bütün karyerası ərzində La Liqada yararlana bilmədiyi 8-ci penalti olub.

Qeyd edək ki, bunadək antirekord Samuel Eto'oya (7) məxsus idi.
Oxşar xəbərlər