Rusiya Avropa Oyunlarını keçirməkdən imtina etdi

  • 11 mart 2016, 20:51
Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ilin Avropa Oyunlarının ölkəsində keçirilməsi ehtimalını istisna edib.

"Ölkəmizdə 2019-cu ilin heç bir Avropa Oyunları olmayacaq. Əvvəla, Rusiyada böyük idman yarışlarının təqvimi artıq çoxdan yazılıb. İkincisi, belə böyük yarışların keçirilməsinə ərizə verməyin məqsədəuyğun olmadığı bir sıra səbəblər var – bu, həm cari iqtisadi, həm də siyasi vəziyyətdir. Avropa Olimpiya Komitələri (EOK) İcraiyyə Komitəsinin nümayəndələri öz şəxsi rəyləri, şəxsi istəklərini ifadə edə bilərlər. Lakin mən təkrar edirəm: biz bu yarışları dəqiq keçirməyəcəyik”, -  Mutko belə deyib.

Xatırladaq ki, EOK-un İcraiyyə Komitəsi 2015-ci ilin noyabrında bəyan etmişdi ki, Rusiya 2019-cu il Avropa Oyunlarının keçirilməsinə yeganə namizəddir.

Onu da qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.

 

Demokratik.Az