"Neftçi" böyük hesabla uduzdu

  • 27 fev 2016, 20:38

Azərbaycan Premyer Liqasında XXIII turun görüşlərindən 3-ü başa çatıb. "Report"un məlumatına görə, açılış oyununda "Kəpəz" "Sumqayıt"ı məğlub edə bilməyib.

Qarşılaşma qolsuz tamamlanıb - 0:0. Bununla da Gəncə komandası ardıcıl 3-cü matçında qələbə qazana bilməyib. Bu nəticədən sonra "Kəpəz" 33 xalla 5-ci, "Sumqayıt" 22 xalla 8-ci pillədə qalıb.

Ötən tur "gənclik şəhəri" təmsilçisinə 0:2 hesabı ilə məğlub olmuş AZAL bu dəfə qələbə qazana bilib. Autsayder "Rəvan"la görüşdə "təyyarəçilər" azlııqda qalmalarına baxmayaraq, qol vurub. Həmin topun müəllifi Nuqzar Kvirtiya oyunun sonlarında təyin olunmuş penaltidən isə yararlanmağı bacarmayıb.

"Zirə" isə qış fasiləsindən sonra ardıcıl 5-ci qələbəyə imza atıb. "Qartallar" "Neftçi"ni darmadağın edib - 3:0. İlk yarının sonlarında qonaqlar azlıqda qalıb. Bundan yararlanan meydan sahibləri fasilədən sonra istəklərinə çatıblar. Birinci topun müəllifi Nelson Bonilya aktivindəki qolların sayını 8-ə çatdıraraq, bombardirlər siyahısında "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda ilə bərabərləşib. Digər 2 qolu isə oyunun sonlarında Tato vurub.

Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 44-ə çatdıraraq, lider "Qarabağ"la fərqi 3 xala endirib. "Neftçi" 31 xalla 6-cı, AZAL 29 xalla 7-ci, "Rəvan" 8 xalla 10-cu yeri tutub. 

Qeyd edək ki, hazırda "Qəbələ" - "Xəzər Lənkəran" matçı gedir. İlk yarıdan sonra hesab açılmayıb. Tura saat 18:00-da start götürəcək "İnter" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. 

Azərbaycan Premyer Liqası, XXIII tur

14:00. "Kəpəz" – "Sumqayıt" - 0:0

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

15:00. "Zirə" – "Neftçi"- 3:0

Qollar: Nelson Bonilya, 69. Tato, 87; 90+3

Qırmızı vərəqə: Cavid İmamverdiyev, 43 ("Neftçi")

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Asim Xudiyev

Bakı. Zirə İdman Kompleksinin stadionu

15:00. AZAL – "Rəvan"1:0

Qol: Nuqzar Kvirtiya, 62

Qırmızı vərəqə: Qvanzav Maqomedov, 51 (AZAL)

Qolla nəticələnməyən penalti: Nuqzar Kvirtiya, 80 (AZAL)

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Murad Məmmədov

Bakı. AZAL Arena

17:00. "Qəbələ" – "Xəzər Lənkəran" - 0:0 (BİRİNCİ HİSSƏDƏN SONRA)

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Qəbələ. Qəbələ şəhər stadionu

18:00. "İnter" – "Qarabağ"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Gülağa Cabarov

Bakı. "İnter Arena"

Oxşar xəbərlər