Türklərin taleyi rusların əlində

  • 23 fev 2016, 19:37
Avropa Liqasının 1/8 final mərhələsinin "Latsio” - "Qalatasaray” matçının hakimləri açıqlanıb.
 

 

Publika.az xəbər verir ki, UEFA Romada baş tutacaq oyunu rusiyalı hakimlər briqadasına həvalə edib. Matçın baş hakimi Vladislav Bezborodov təyin edilib. Ona həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Aleksey Eskov və İqor Fedotov olacaq.
 
Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək.
 
Xatırladaq ki, ötən il türkiyəli hərbçilərin ölkə sərhəddini pozan Rusiyaya məxsus qırıcı təyyarəni vurmasıyla, bu iki ölkə arasında münasibətlər gərginləşmişdi.
 
"Latsio” - "Qalatasaray” matçı fevralın 24-də, saat 22:00-da start götürəcək. Bu komandalar arasında İstanbulda baş tutmuş ilk oyun 1:1 hesablı bərabərliklə nəticələnmişdi.
 
Demokratik.Az