Luis Ardanı “Arsenal”la oyuna aparmır

  • 21 fev 2016, 18:08
"Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 final mərhələsinin "Arsenal”la ilk oyuna aparacağı heyəti açıqlayıb.

Londondakı qarşılaşmaya cəzası səbəbindən Arda Turan, zədəli olduğu üçün Rafinya aparılmayacaq. Məşqçilər heyətinin digər qərarı ilə Sandro, Duqlas və Bartra da heyəti daxil edilməyib.

Ümumilikdə Luis Enrike ilk oyuna 19 futbolçunu aparacaq:

Qapıçılar: ter Ştegen, Bravo, Matip

Müdafiəçilər: Pike, Dani Alves, Alba, Maskerano, Adriano, Fermalen, Matye

Yarımmüdafiəçilər: Rakitiç, Buskets, İnyesta, Vidal, Roberto

Hücumçular: Suares, Messi, Neymar, El-Xaddadi

Qeyd edək ki, "Arsenal” – "Barselona” oyunu fevralın 23-də keçiriləcək.

qol.az
Oxşar xəbərlər