Ronaldodan yeni rekord

  • 18 fev 2016, 19:16
"Real"ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.

Portuqaliyalı futbolçu buna 1/8 finalın "Roma" ilə ilk oyununda nail olub.

Madrid təmsilçisinin ulduz futbolçusu Romada baş tutan görüşün 57-ci dəqiqəsində hesabı açıb. Bu, Ronaldonun Çempionlar Liqasının pley-off mərhələlərindəki 40-cı qolu olub. 31 yaşlı futbolçu bu göstərici ilə qitənin ən mötəbər turnirinin pley-off mərhələlərində ən çox qol vuran oyunçu adını qazanıb.

Qeyd edək ki, "Roma" - "Real" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Qol.Az