AVRO-2016-da “qol xətti” texnologiyasından istifadə olunacaq

  • 23 yan 2016, 09:55
UEFA yeni mövsümdən etibarən Çempionlar Liqasında və AVRO-2016-da "qol xətti” texnologiyasından istifadə ediləcəyini açıqlayıb.

Vətəninfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsinin illik toplantısından sonra baş katib Cianni İnfantino açıqlama verib.

 Bu texnologiya sayəsində top qapı xəttini keçən zaman hakimin saatına xüsusi siqnal gəlir.

 Bildirilib ki, 2016/17 mövsümündə Çempionlar Liqasının pley-off turundan, 2017/18 mövsümündə isə Avroliqanın qruplarından etibarən məlum texnologiya tam olaraq istifadəyə veriləcək.

 İclasda əlavə olaraq, 8 illik cəzalandırılmış eks-prezident Mişel Platininin yerinə seçkilər olmayacağı haqqında da qərar verilib.