Arda Turan bu gün

  • 06 yan, 21:09
  • baxış sayı: 459

Bu gün İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

 

Publika.az xəbər verir ki, mərhələnin ilk oyununda "Atletik” evdə "Vilyareal”la üz-üzə gəlib. Bilbao təmsilçisi oyunun gedişində 0:2 hesabıyla geri düşsə də, sonda 3:2 hesabıyla qalib gəlməyi bacarıb.

 

Bu gün axşam keçiriləcək "Barselona” - "Espanyol” oyunu katalonların yarımmüdafiəçiləri Arda Turan və Aleks Vidal üçün əlamətdar olacaq. Belə ki, "Barsa”ya ötən ilin yayında transfer edilən futbolçular baş məşqçi Luis Enrikenin şans verəcəyi halda, Kataloniya təmsilçisində ilk oyunlarını keçirəcəklər. Xatırladaq ki, Arda və Vidal FİFA-nın "Barselona”ya tətbiq etdiyi transfer cəzasına görə debüt edə bilməmişdi.

 

İspaniya kuboku, 1/8 final, ilk oyunlar

 

6 yanvar

 

15:00 Atletik B - Vilyarreal 3:2

Vilyams, 54. Aduris, 69. Laporte, 81 - Baptistao, 16. Qarsiya, 38.

 

19:00 Mirandes - Deportivo

19:00 Valensiya - Qranada

21:15 Betis - Sevilya

23:30 Barselona - Espanyol

01:05 Rayo Valyekano - Atletiko M

 

7 yanvar

 

23:30 Kadis - Selta

23:30 Eybar - Las-Palmas

Oxşar xəbərlər