"Azərbaycan millisi sonda qələbə qolunu vura bilərdi"

  • 04 yan 2016, 18:23
17 yaşlılardan ibarət millimiz Valentin Qranatkinin xatiəsinə həsr olunmuş turnirdəki ilk matçında U-17 millimizlə 1:1 bərabərə qalan Latviyanın U-19 komandasının baş məşqçisi Aleksandr Basov görüşlə bağlı fikirlərini açıqlayıb.
 

 

Qol.Az-ın "Futbolxeber.az"a istinadən verdiyi məlumata görə, Basov oyunun bərabər səviyyədə keçdiyini bildirib:

"Birinci oyun idi. Bu səbəbdən də komandada müəyyən həyəcan var idi. Düşünürəm ki, bərabər səviyyəli oyun keçdi. Lakin sonda Azərbaycan millisi qələbə qolunu vura bilərdi. Buraxılan qolu hesaba almasaq, komandamdan razı qaldım".