Azərbaycan günün ikinci medalını qazandı — YENİLƏNİB

  • 18 iyun 2015, 19:49

Bu gün Bakı-2015 1-ci Avopa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına yekun vurulacaq. Yarışın yeddinci günündə 4 çəki dərəcəsində yarışlar baş tutacaq. 

Milli komandamızın 4 idmançısı da bu gün meydana çıxacaq. 

İlk olaraq xalça üzərinə 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev ayaq basacaq. O, erməni Franqulyan Valodya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 10:49-də başlayacaq.

70 kq çəki dərəcəsində Ruslan Dibirqac xalçaya çıxacaq. Onun rəqibi hələlik bəlli deyil.

86 kq-da Nurməhəmməd Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə üz-üzə gələcək. Bu qarşılaşma 10:56-da başlayacaq. 

125 kq çəkidə isə Cəmaləddin Məhəmmədov mübarizəyə qoşulacaq. O, litvalı Rudaviçius Conasla qarşılaşacaq. Görüş 10:21-də start götürəcək. 

Qeyd edək ki, Hacı Əliyev 61 kq çəkidə Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyana qalib gələn Yaşar Əliyevin qardaşıdır.

***

Cәmalәddin Məhəmmədov litvalı idmançıyla mübarizəyə başladı və idmançımız 4-0 udur. İdmançımız 10-0 təmiz qələbə ilə 1/8 finala vəsiqə qazandı.

***

86 kq-da Nurməhəmməd Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə mübarizə aparır və 6-1 irəlidədir. Hesab 8-2-dir. İdmançımız 14-2 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. 

***

125 kq Cəmaləddin Məhəmməd 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşır və 3-0 uduzur. İdmançımız 5-2 hesabı ilə uduzdu.

***

Nurməhəmməd Hacıyev rusiyalı Abdulrəşid Sadulaev ilə qarşılaşır və 11-1 hesbaı ilə uduzdu.

***

70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev polşalı Maqomedmurad Hacıyevlə güləşir və Ruslan da polşalı rəqibinə 7-2 məğlub olub.

***

Hacı Əliyev növbəti görüşünə çıxır. O, slovakiyalı Mikola Balotnyukla görüşür və 11-0 təmiz qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

***

86 kq çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev təsəlliverici görüşlərdə mübarizəsini davam etdirəcək. Çünki onun ¼ finalda uduzudğu rusiyalı Abdulrəşid Sadulayev finala vəsiqə qazanıb.

***

Camaləddin Məhəmmədov da təsəlliverici görüşlərə qatılacaq. Onun ¼ finalda uduzduğu türkiyəli Taha Akgül finala çıxdığı üçün Maqomedov bürünc qazana bilər.

***

Hacı Əliyev yarımfinalda rusiyalı Aleksandr Boqomoyevlə üz-üzə gəlir və 1-0 udur. Hacı Əliyev rəqibinə 5-2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

***

Nurmaqomed Hacıyev təsəlliverici görüşdə italiyalı Vasile Zuz Tudorla qarşılaşır. Hacıyev təsəliverici görüşdə 10:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda yarışacaq.

***

Cəmaləddin Məhəmməd təsəlliverici görüşdə polşalı Baran Robertlə görüşür və 11-0 təmiz qələbə qazanıb. O, bürünc üçün güləşəcək.

***

Ruslan Dibirhacıyev də təsəlliverici görüşlərə qatılacaq. Onun uduzduğu polşalı Maqomedmurad Hacıyev finala çıxdığından idmançımız bürünc medal şansını saxlayır. Ruslan Dibirhacıyevin təsəlliverici görüşdə rəqibi bolqarıstanlı Kirov Miroslavdır və o rəqibinə 4-1 hesabı ilə qalib gəlib.

***

Hacı Əliyev bürünc medal uğrunda türkiyəli Recep Aktaşla görüşüb və 10:2 hesablı qələbə qazanaraq sərbəst yığmamısın medalları siyahısına daha birini əlavə edib.

***

Ruslan Dibirhacıyev bürünc medal uğrunda gürcüstanlı Davit Tlaşadze ilə mübarizə aparıb və yarışı qələbə ilə bitirib. Rəqibini 6:2 hesabı ilə məğlub edən güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb. (Qafqazinfo)

Oxşar xəbərlər