Xəbər lenti
Bütün xəbərlər

Azərbaycan futbol çempionatına yekun vurulur

  • 28 may 2015, 10:44

Bu gün futbol üzrə Azərbaycan çempionatında - Premyer Liqada 2014-2015-ci illər mövsümünün son turunun oyunları keçiriləcək.

Sumqayıtda şəhərin eyniadlı komandası gümüş medalların sahibi "İnter"i qəbul edəcək. Bu oyun "Sumqayıt" komandası üçün mühüm əhəmiyyəti kəsb edir. Çünki bu turda qələbə qazanacaqları təqdirdə onlar turnir cədvəlində bir pillə irəliləyə biləcəklər.

"Qəbələ" doğma meydanda "Bakı"nın müqavimətini qırmağa çalışacaq. "Qəbələ” bu oyunda ən azı bir xal qazanacağı təqdirdə turnir cədvəlindəki yerini qoruyacaq və bürünc medallara sahib olacaq.

Bakıda "Neftçi" AZAL-ın müqavimətini qırmağa çalışacaq. Artıq əsasən ölkə kubokunun finalında "Qarabağ"la görüşə hazırlaşan "Neftçi” bununla yanaşı bu oyunda qələbə qəzanacğı "Qəbələ"nin isə bugünkü qarşılaşmadan xalsız ayrılacağı təqdirdə çempionatda 3-cü yerin sahibi də ola bilər.

Turun və çempionatın Lənkəranda keçiriləcək son oyununda isə "Xəzər Lənkəran" Zaqatalanın "Simurq" komandasını qəbul edəcək. Lakin ciddi maliyyə problemi ilə üzləşən "Simurq”un Lənkərana getməyib bu oyuna çıxmama ehtimalı da var. Belə olan təqdirdə lənkəranlılar texniki qələbə qazanacaqlar.

Ölkə çempionluğu təmin etmiş "Qarabağ" isə artıq bütün oyunlarını başa vurduğundan "köhlən atlar” meydana çıxmayacaq.

Premyer Liqa, XXXVI tur

19:00. "Sumqayıt" – "İnter" (Bakı)

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev

Sumqayıt. "Kapital Bank Arena"

20:00. "Neftçi" (Bakı) – AZAL (Bakı)

Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev

Bakı. "Bakcell Arena"

20:00. "Qəbələ" – "Bakı"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, Ramil Əhmədov

Qəbələ şəhər stadionu

21:00. "Xəzər Lənkəran" – "Simurq" (Zaqatala)

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu\trend\