UEFA FIFA-nın seçki konqresini boykot edə bilər

  • 28 may 2015, 07:59
Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) seçki konqresini boykot edə bilər.

 

RİA Novosti agentliyinin verdiyi məlumata görə, məsələ ilə bağlı müzakirələr mayın 28-ə təyin olunub.

 

Bundan əvvəl UEFA  korrupsiya qalmaqalı fonunda FİFA-da prezident seçkilərini təxirə salmağa çağırmışdı.

 

Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.

Oxşar xəbərlər