“Leypsiq” qərarını dəyişdi: Sörlot qalır

  • 27 iyun 2022, 22:39

Bir müddət əvvəl Almaniyanın “Leypsiq” klubu göndəriləcəyi deyilən Aleksandr Sörlotla bağlı klub qərarını dəyişib. Klubun baş məşqçisi Dominik Tedesko məsələ ilə bağlı açıqlama verib.

“Yussuf Poulsen  zədələnməsindən sonra Aleksandr Sörlot haqqında fikirlərimiz dəyişdi. Sörlot bizim oyunçumuzdur və bizimlə qalacaq, geri qayıtmasını səbirsizliklə gözləyirik. Məşqlər üçün onu gözləyəcəyik və onunla yenidən danışacağıq. Məncə belə etməyimiz onun haqqıdır,”- deyə  Dominik Tedesko bildirib.

Xatırladaq ki, Danimarka millisinin üzvü Yussuf Poulsen millinin düşərgəsində zədələnib. O, zədəsini sağaltmaq üçün əməliyyat olunacaq və bununla əlaqədar olaraq o, yay-hazırlıq düşərgəsində iştirak edə bilməyəcək.

Dominik Tedesko Nkunku məsələsinə münasibət bildirib. O, qeyd  edib ki, klubun sleksiyoneri böyük bir həmlə edərək Kristoper Nkunku ilə müqaviləni uzadıb.

Oxşar xəbərlər