Mingəçevirli 7 yaşlı qız şahmat üzrə Avropa və dünya çempionatında qalib oldu

  • 03 may 2022, 12:39
Azərbaycanlı 7 yaşlı qız şahmat üzrə Yunanıstanın Rodos adasında keçirilən dünya və Avropa çempionatında qaliblər sırasına qatılıb. Mingəçevirdə yaşayan və 1-ci sinif şagirdi olan Əhmədli Mehriban Elmar qızı aprelin 21-dən 29-dək Avropa üzrə 7 yaşlı qızlar arasında Yunanıstanda təşkil edilmiş şahmat yarışında 4-cü yerə, mayın 2-dək isə həmin şəhərdə keçirilən şahmat üzrə dünya çempionatında bir yaş özündən böyük gənclər və uşaqlar arasında 2-ci (gümüş medal) yerə layiq görülüb.
Azərbaycanı təmsil edən fəxrimiz Mingəçevir şəhər şahmat məktəbinin yetirməsidir.
Əhmədli Mehriban Elmar qızı 17 fevral 2015-ci ildə anadan olub. Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbinin 1-ci sinfində oxuyur.
Mehriban 7 yaşlı qızlar arasında Azərbaycan birincisi də olub. Belə ki, o, 2021-ci ilin dekabr ayında təhsil nazirliyinin təşkilatçılığı ilə Gəncədə keçirilən, Ulu Öndər Heydər Əliyevin 96 ilik yubileyinə həsr edilmiş şahmat yarışında 1-ci yer tutub. Daha sonra, Bakı şəhərində də respublika qalibi kimi 2022-ci ilin yanvar ayından şahmat üzrə dünya çempionatına vəsiqə qazanıb
Oxşar xəbərlər