Xəbər lenti
Bütün xəbərlər

"Qarabağ" transferlərə başladı - RƏSMİ

  • 22 may 2015, 20:17
"Qarabağ" iki futbolçunun transferini rəsmiləşdirib. ANS PRESS-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ağdam klubu gələn mövsüm üçün "İnter"dən milli komandamızın üzvləri - Coşqun Diniyevlə Elvin Məmmədovu heyətinə qatıb. Klub müqavilələrin müddətini və şərtlərini açıqlamayıb.

Qeyd edək ki, Elvin Məmmədov 2009-2011-ci illərdə "Qarabağ"ın formasını geyinib (69 oyun, 4 qol). Karyerasına 2005-ci ildə "Turan"da başlayan 26 yaşlı yarımmüdafiəçi 2007-ci ildə "İnter"ə transfer olunub. 2011-2014-cü illərdə "Bakı"da çıхış edən Məmmədov cari mövsümün əvvəlində "İnter"ə dönüb. 2007/08 mövsümündə bank klubu ilə Azərbaycan çempionu olmuş futbolçu milli komandada 33 oyun keçirib və 7 qol vurub.

Coşqun Diniyev isə peşəkar karyerasına "İnter"də başlayıb. 2012/13 mövsümdə bank klubunun əsas heyətində debüt edən yarımmüdafiəçi cari mövsümdə 28 rəsmi oyuna çıхaraq 2 qol vurub. Robert Prosineçki 19 yaşlı futbolçunu martın 28-də Malta ilə keçirilən oyuna dəvət etsə də, meydana buraхmamışdı.
Oxşar xəbərlər