Demokratik TV
Xəbər lenti
Şəhriyar Məmmədyarov: "Heç vaxt belə uduzmamışdım"
- 31 yan 2022, 15:19
"Çox maraqlı və rəqabətli yarış oldu".
Demokratik.Az "Report"a istinadən xəbər verir ki, bunu Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.
37 yaşlı qrossmeyster yarış zamanı ona dəstək olan hər kəsə - dostlarına, şahmat həvəskarlarına təşəkkürünü bildirib.
Məmmədyarovun fikrincə, belə bir turnirdə ən yaşlı şahmatçı kimi çıxış etmək elə də asan olmayıb: "Heç vaxt hansısa turnirdə bu statusda oynamamışam. Ona görə də asan deyildi. Amma nə etmək olar? Bunu biləndə ilk sualım belə oldu: Haradasan, Vişvanatan Anand? Şadam ki, Sergey Karyakin burada məndən sonra ən yaşlı ikinci şahmatçı idi. O da ən yaşlılardan biridir (gülür)".
Şahmatçı qarşılaşmalara çox vaxt g4 gedişi ilə başlamasının səbəbi açıqlayıb: "Hələ də fikirləşirəm ki, bu, yaxşı ideyadır. Niyə də g4 gedişi etməyim? Əminliklə deyə bilərəm ki, yenə bu gedişə müraciət edəcəyəm. Çünki normal haldır. Adətən, bu gedişdən sonra çox vaxt uduzmursan.Amma mən g4 gedişi etdikdən sonra çox vaxt pis vəziyyətə düşürəm (gülür). Bununla belə, mənim üçün maraqlı açılışdır. Yenidən g4 gedişinə qayıdacağam".
Təcrübəli qrossmeyster turnirdəki ən yaxşı oyununu da açqlayıb: "Təbii ki, Maqnus Karlsenə uduzduğum görüşü qeyd edərdim. Maqnus fantastik oynadı. Heç vaxt belə uduzmamışdım. Möhtəşəm oyun idi".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 13 turdan sonra 8 xalla ikinci olub.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Şeyx də danışdı: “Abel müəllimin içki içdiyini görməmişəm”
Şəhriyar Məmmədyarov superturnirdə lider oldu
“MTN işi”ndə yeni şok xəbərlər - həbslər, axtarışlar və müəmma...
Vasif Talıbovun oğlu federasiya rəhbəri seçilib
“Eldar Mahmudov bilmirdi ki, qızı viskidən içib, polisləri döyəndə belə olacaq?” - ŞOK
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
Şahmatçının atasından Azad Rəhimova sərt ittihamlar
Putinin “rus ruleti” Rusiyanı vurur: Kreml NATO ilə savaşa cəsarət edəcəkmi?
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti