Klopp "Barselona"ya mənfi cavab verdi

  • 05 okt 2021, 16:01
"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"nı çalışdırmaqdan imtina edib.
Qol.az sport.es-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi alman mütəxəssislə əlaqə saxlayıb və ondan Ronald Kumanı əvəzləməyi istəyib-istəmədiyi barədə soruşub. "Barselona" Kloppdan mənfi cavab alıb. Çalışdırıcı "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra istirahət etməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"u çalışdırır.
Oxşar xəbərlər