"Mançester Yunayted" Ronaldu ilə müqavilə imzalayıb

  • 31 avq 2021, 14:33
İngiltərənin "Mançester Yunayted" klubu yeni transferi Kriştianu Ronaldu ilə müqavilə imzalayıb.
"Report" "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə 2 illik sözləşmə bağlanılıb.
Portuqaliyalı forvard "Mançester Yunayted"i hər zaman ürəyində xüsusi yerə sahib olan klub kimi dəyərləndirib: "Ötən həftənin cümə günü transfer elan edildikdən sonra aldğım bütün mesajlar məni çox təsirləndirdi. "Old Trafford"da dolu tribunaların qarşısında oynamağı və azarkeşləri bir daha görməyi səbirsizliklə gözləyirəm. Milli komandaların beynəlxalq oyunlarından sonra kollektivə qoşulacağam. Ümid edirəm ki, çox uğurlu mövsüm keçirəcəyik".

Qeyd edək ki, son klubu İtaliya "Yuventus"u olan Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib.


Oxşar xəbərlər