"İngilislərin təzyiqi bizə kömək oldu" - Bonuççi

  • 13 iyul 2021, 13:14
İtaliya millisinin üzvü Leonardo Bonuççi Avro-2020-nin finalında İngiltərəyə qalib gəldikləri matç (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 3:2) haqqında danışıb.
Qol.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Londondakı "Uembli" stadionunda keçirilən görüşdə ingiltərəli azarkeşlərin təzyiqinin onlara kömək olduğunu deyib:
"İngilislərin təzyiqi, səsləri bizə kömək etdi. Bu, həqiqətən də bizim üçün motivasiya oldu".
Qeyd edək ki, sözügedən qarşılaşmanı stadiondan italiyalılardan 10 dəfə çox ingiltərəli fanat izləyib.
Əlavə edək ki, Bonuççi həmin oyunda fərqlənməklə indiyədək Avropa çempionatlarının finalında qol vuran ən yaşlı oyunçu olub (30 yaş 103 gün).
Oxşar xəbərlər