FİFA və UEFA-dan İspaniyaya xəbərdarlıq

  • 13 may, 19:23
  • baxış sayı: 598

FİFA və UEFA İspaniya klublarını və yığmalarını beynəlxalq yarışlardan kənarlaşdıracağı ilə hədələyib.

Qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, buna İspaniya hökümətinin Futbol Federasiyasının işinə müdaxilə etməsi səbəb olub.

Federasiya prezidenti Anxel Mariya Vilyar artıq ali futbol qurumlarının İspaniya hökumətinə xəbərdarlıq etdiyini bildirib: "FİFA və UEFA qaydaları üçüncü şəxslərin milli federasiyaların işinə müdaxiləsini qadağan edir. Qaydalar pozulacağı təqdirdə, klublara və yığmaya sanksiya tətbiq ediləcək".

Qeyd edək ki, İspaniya Futbol Federasiyası Oyunçuların Həmkarlar İttifaqının (OHİ) xahişi ilə bütün daxili yarışların dayandırılması haqda qərar verib. OHİ mayın 17-də La Liqada keçiriləcək 37-ci turun oyunları zamanı ölkə rəhbərliyinin 2016/2017 mövsümündən teleyayım hüquqlarının mərkəzləşdirilmiş qaydada satışına dair qərarına etiraz edəcəklərini açıqlayıb. Bu qanuna əsasən, futbolçular əvvəlki kimi teleyayımın satışından gəlir əldə etməyəcəklər. Əvəzində gəlirin 90 faizi yüksək liqanın, 10 faizi isə ikinci divizionun klublarına veriləcək. OHİ rəhbərliyinin fikrincə, bu qanun həvəskar və qadın futbolunu məhv edəcək, aşağı liqa klublarına zərbə vuracaq.

Demokratik.Az

Oxşar xəbərlər