Demokratik TV
Xəbər lenti
Gimnastlarımız Rumıniyada 7 medal qazandı
- 21 may 2021, 10:28
Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə “Irina Deleanu Cup” beynəlxalq turniri keçirilib.
Demokratik.Az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi Kamilla Seyidzadə, Məryəm Əliyeva, Alina Məmmədova, Gövhər İbrahimova və Aydan Rəhimova təmsil ediblər.
Qızlarımız bu yarışda uğurla çıxış edərək, komandaya müxtəlif əyarda 7 medal qazandırıblar.
2007-ci təvəllüdlü gimnastların yarışında çıxış edən Alina Məmmədova gürzlərlə icra etdiyi kompozisiyasına görə fəxri kürsünün ilk pilləsinə yüksəlib. A.Məmmədova topla çıxışına görə üçüncü olub. Onun həmyaşıdı Kamilla Seyidzadə topla gümüş, halqa ilə çıxışına görə bürünc medal qazanıb.
2009-cu il təvəllüdlü gimnastlar arasında yarışan təmsilçilərimiz da mükafatçılar sırasında yer alıblar. Məryəm Əliyeva halqa ilə fəxri kürsünün birinci, topla çıxışına görə isə üçüncü pilləsində yer alıb. Onunla eyni yaş qrupunda çıxış edən Aydan İbrahimova da halqa ilə bürünc medal əldə edib. Gövhər İbrahimova isə ən yaxşı nəticəsini halqa ilə göstərərək, bu proqram üzrə 6-cı olub.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Rüstəm Orucov qızıl medal qazanıb
Qadın gimnastlarımız da qızıl medal qazandı
Gimnastlarımız finala çıxdı
Rio-2016: Azərbaycan 18 medal qazandı
Azərbaycan cüdoçuları Parisdə 2 medal qazanıb
Bakıda bədii gimnastika üzrə “AURA” Açıq Birinciliyi keçirilib
Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu
İlham Əliyev və xanımı final görüşünü izləyib
Medal qazandıq
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti