Şahruddin sabah meydana çıxa bilər

  • 28 apr 2021, 23:49
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev sıraya dönüb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçunun başındakı və üzündəki tikişlər sökülüb.

Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, o, sabah - Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında xüsusi baş geyimi ilə meydana çıxa bilər.

Şahruddin Premyer Liqanın 23-cü turunda "Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə almışdı. Əlcək sahibinin başına 25, üzünə 7 tikiş qoyulmuşdu.

"Qarabağ" sabah 17:00-da öz meydanında "Sumqayıt"la üz-üzə gələcək. Tərəflərin birinci matçı 0:0 hesabıyla yekunlaşıb.
Oxşar xəbərlər