Azərbaycan üzgüçüsü “Tokio 2021”ə lisenziya qazandı

  • 23 mar 2021, 22:13
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Yay Olimpiya Oyunlarına milli komandamız adına növbəti lisenziyanı qazandırıb.
Bu barədə Azvision.az -a Azərbaycanın Üzgüçülük Federasiyasından bildirib.
Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə, martın 19-dan 21-dək Türkiyənin İstanbul şəhərində 7 ölkənin iştirakı ilə keçirilən Üzgüçülük üzrə Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda Azərbaycan millisi 8 idmançı ilə iştirak edib. Yarışın ilk günündə millimizin üzgüçüsü Ramil Vəlizadə 200 metr batterflyay üsulunda 1 dəqiqə 59 saniyə nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olaraq “Tokio 2021” Yay Olimpiya Oyunlarına B lisenziyası qazanıb. Digər idmançımız Şeixalızadəhanqah Məryəm 100 metr batterflyay üsulunda A finalına vəsiqə qazanaraq finalda gümüş medal, 50 metr batterflyay üsulunda isə A finalina vəsiqə qazanaraq finalda bürünc medala layiq görülüb. Baş məşqçi onu da əlavə edib ki, Üzgüçülük üzrə Millimizin ən gənc idmancılarindan biri olan Əbdurrəhman Rüstəmov isə bu yarışda 200 metr batterflyay üsulunda (2 dəqiqə 9 saniyə) öz nəticəsini yaxşılaşdıraraq idman ustası normativini doldurmuş, digər idmançılarımız isə öz şəxsi nəticələrini yaxşılaşdırmaqla vətənə dönüblər.

Rəşad Əbdürrəhmanov deyib: “Türkiyədə keçirilən bu beynəlxalq turnirdə Ramil Vəlizadə, Məryəm Şeixalızadəhanqah və digər millimizin üzvlərinin yüksək nəticə göstərməsi bu il Türkiyədə keçiriləcək İslam Həmrəylik Oyunlarında komandamızın medallar qazanacağına böyük ümidlər yaradır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin də bizim federasiyanın dəstəyi ilə məşqçilərimizin səyi nəticəsində son 1 ayda millimiz nəticə etibarı ilə dörd İdman Ustasi dərəcələri və Tokio 2021 Yay Olimpiya Oyunlarına B lisenziyasi qazanmışdır. Bu da öz növbəsində Azərbaycan üzgüçülük tarixində yeni bir rekord göstəricidir”.
Oxşar xəbərlər