Azərbaycan millisi 5 oyundur qol vura bilmir

  • 23 mart 2021, 17:15
Futbol üzrə Azərbaycan millisi 5 oyundur qol vura bilmir.
Apasport.az saytının məlumatına görə, sabah Portuqaliya ilə üz-üzə gələcək yığmamızın qol həsrəti 511 dəqiqədir davam edir.
Sonuncu qola Maksim Medvedev imza atıb. O, ötən il sentyabrın 8-də Kiprlə Nikosiyadakı görüşdə fərqlənib.
Müdafiəçinin 29-cu dəqiqədəki qolu 1:0 hesablı qələbə üçün yetərli olub. Ardınca Monteneqroya 0:2 hesabı ilə uduzan milli ötən ili ardıcıl 4 qolsuz heç-heçə ilə tamamlayıb.
Kipr, Sloveniya, Monteneqro və Lüksemburqla qarşılaşmalarda eyni – 0:0 hesabı qeydə alınıb. Bir sözlə, 5 matçdır qol vurmayan yığma 4 oyundur özü də top buraxmır.
Sonuncu dəfə oktyabrın 10-da qapısında qol görən millini İqor İvanoviç məyus edib. Monteneqrolunun qolundan sonra yığma 379 dəqiqəlik quru seriyaya malikdir.
Oxşar xəbərlər