"Mançester Siti" ciddi sanksiya ilə üzləşə bilər

  • 13 yan 2021, 20:01
Ötən il maliyyə feyr-pley qaydalarını pozduğu üçün Çempionlar Liqasından iki illik diskvalifikasiya olunmaqdan son anda qurtulan İngiltərənin
"Mançester Siti" klubu növbəti qalmaqalla gündəmə gəlib.
"Report" "The Atletic"ə istinadən xəbər verir ki, "şəhərlilər" indi də 10 il əvvəl dələduzluq etməkdə ittiham olunur.
İddiaya görə, 2011-ci ildə braziliyalı futbolçu Qabriel Fernando Almeydanı aademiyaya cəlb edən Premyer Liqa təmsilçisi qanunsuzluğa yol verib.
Həmin vaxt oyunçunun 14 yaşı olub və qanuna görə, onunla müqavilə imzalamaq olmazdı. Klub isə hiyləyə əl ataraq, akademiyada qondarma skaut vəzifəsi təsis etməklə futbolçunun atasına aylıq 100 000 avro məvacib verib ki, ailə sonda seçimini "Mançester Siti"dən yana etsin.
Bu səbəbdən Mançester klubunun ciddi sanksiya ilə üzləşə biləcəyi istisna olunmur.
Oxşar xəbərlər