Tanınmış fransalı məşqçi Jerar Ulye vəfat edib

  • 14 dek 2020, 21:30
Fransalı futbol mütəxəssisi Jerar Ulye vəfat edib.
Apasport.az saytının məlumatına görə, tanınmış məşqçi 73 yaşında ölüb.
Ulye məşqçilik karyerası ərzində “Lans”, PSJ, “Liverpul”, “Lion”, “Aston Villa” kimi klublara rəhbərlik edib, həmçinin Fransanın əsas və aşağı yaş qrupu yığmalarını çalışdırıb.
2001-ci ildə ilin məşqçisi adına layiq görülən Ulyenin ölüm səbəbi açıqlanmayıb.
Oxşar xəbərlər