Rusiya millisində 13 koronavirus aşkarlandı

  • 16 noy 2020, 23:44
Rusiyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"Report" Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 13 şəxsin test nəticəsi müsbət olub.

Onlardan 8-i futbolçu, 5-i isə məşqçilər heyətinin üzvüdür.

Koronavirusa yoluxanlar dərhal digərlərindən təcrid edilib.
Oxşar xəbərlər