Ronaldodan rekord məbləğdə nişan üzüyü

  • 07 okt 2020, 18:37
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo sevgilisi Corciana Rodriqesə 615 min funt-sterlinq (təqribən 672 min avro) dəyərində yaqut qaşlı nişan üzüyü alıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı oyunçu bununla nişan üzüyünə ən yüksək məbləğdə pul xərcləyən ilk futbolçu olub.

Bunadək rekord “Everton”un qapıçısı Cordan Pikforda məxsus idi. O, sevgilisinə 546 min avro dəyərində üzük almışdı.

Qeyd edək ki, Ronaldo və Corciana cütlüyünün Alana adlı 2 yaşlı qızı var. Eyni zamanda Ronaldonun daşıyıcı analardan Eva və Mateo adlı əkizləri və Kriştiano Junior adını verdiyi 10 yaşlı bir oğlu da var.
 
Oxşar xəbərlər