Slovakiya - Azərbaycan oyununun vaxtı açıqlanıb

  • 10 sen 2020, 13:00
21 yaşadək futbolçulardan ibarət Slovakiya və Azərbaycan komandaları arasında oyunun başlanma vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq görüş oktyabrın 8-də olacaq.
Oyun Nitra şəhərindəki eyniadlı stadionda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Oxşar xəbərlər