Demokratik TV
Xəbər lenti
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişib
- 20 avq 2020, 09:53

"Report" xəbər verir ki, yekun nəticələrə əsasən, Azərbaycan ötən günlə müqayisədə iki pillə geriləyib. Ölkə 14,750 xalla 26-cı yerdə qərarlaşıb.
Buna Norveçin "Molde" və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi səbəb olub. Onlar müvafiq olaraq Finlandiyanın “KuPS” (5:0) və Maltanın “Floriana” (2:0) komandalarına qalib gəliblər.
Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu mübarizədən kənarlaşdırıb - 4:0. Ağdam təmsilçisi qələbə sayəsində ölkənin aktivinə 0,375 xal yazdırıb.
Xatırladaq ki, "Qarabağ" II təsnifat mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək. Bu komandalar arasındakı matç avqustun 26-da saat 20:00 Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Növbəti həftə Azərbaycan təmsilçilərindən "Neftçi", "Sumqayıt" və "Keşlə" Avropa Liqasında mübarizəyə qoşulacaq.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Qarabağ” səpələndi – Çempionlar Liqasında
“Qarabağ” bu gün “Düdelanj”la qarşılaşacaq
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
"Qarabağ” BATE-ni keçsə PSV ilə qarşılaşmalı olacaq
"Qarabağ" və "Qəbələ" dünya reytinqində irəlilədi
"Qarabağ" ÇL-də mövsümə start verir
"Qarabağ" tarixi oyuna çıxacaq
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti