"Napoli" "Latsio"ya qalib gəlib

  • 02 avq 2020, 12:30
İtaliya A Seriyasının 38-ci turunun matçında "Napoli" "Latsio"nu qəbul edib.

“Report” xəbər verir ki, görüş Nepalda "San-Paolo" stadionunda keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 9-cu dəqiqədə açılıb. “Napoli”nin yarımmüdafiəçisi Fabian Ruis ilk qolun müəllifi olub. Fasiləyə qədər "Latsio"nun hücumçusu Çiro İmmobile hesabı bərabərləşdirib. Meydan sahiblərini ikinci hissənin əvvəlində hücumçu Lorenso İnsine hesabda irəli çıxarıb. O, penaltini səhvsiz yerinə yetirib.

Matça əlavə edilmiş vaxtda Neapol komandasının üstünlüyünü hücumçu Matteo Politano artırıb - 3:1.
Oxşar xəbərlər