"Milan" yeni transferini açıqladı - RƏSMİ

  • 15 iyul 2020, 15:52
İtaliya "Milan"ı komandada icarə əsasında çıxış edən futbolçu Simon Kyaeri birdəfəlik transfer edib.
"Demokratik.Az" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı danimarkalı müdafiəçi İspaniya "Sevilya"sından alınıb. Onunla 2022-ci ilin yayınadək müqavilə bağlanılıb.
Qeyd edək ki, Simon Kyaer "Milan"a bu ilin yanvarında keçib. Danimarka millisinin üzvü cari mövsüm 13 matçda meydanda olub.
Oxşar xəbərlər