"Neftçi" Rəhman Hacıyevi icarəyə verdi

  • 08 iyul 2020, 20:41
"Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
"Demokratik.Az" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 il artırılıb.
Hacıyev gələn mövsümün sonunadək "Keşlə” klubuna icarəyə verilib.
Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.
Oxşar xəbərlər