"Neftçi” növbəti mövsüm üçün ilk transferini rəsmiləşdirdi

  • 21 iyun 2020, 09:26
"Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.
Klubun saytının məlumatına görə, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb.
23 yaşlı müdafiəçi yeni komandanın heyətində 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.
Oxşar xəbərlər