Bu gün futbolda 5-ci əvəzetmə qaydası rəsmiləşə bilər

  • 08 may 2020, 23:03
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlar zamanı əvəzetmə qaydalarına dəyişikliyi bu gün elan edəcək.
"Report"un məlumatına görə, bu barədə IFAB-ın rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, bununla bağlı açıqlama günün ikinci yarısında veriləcək.
Qeyd edək ki, FIFA milli assosiasiyalara mövsüm bərpa olunacağı təqdirdə çempionat oyunlarında beş əvəzetmə tətbiq olunmasını təklif edib.
Oxşar xəbərlər