Ramil Quliyev virusa yoluxmasından danışdı – VİDEO

  • 23 apr 2020, 20:19
Türkiyə millisi adından çıxış edən Ramil Quliyev “Evdə qal, idmansız qalma” verilişində ötən il Çindəki yarışdan qayıtdıqdan sonra ağciyərlərində virusun tapılmasından danışıb.
BAKU.WS xəbər ki, o, ötən il çox yarışlara çıxdığını və gününü təyyarədə, hotellərdə, bağlı məkanlarda keçirdiyi üçün virusa yoluxduğunu bildirib:
Onda mənə antibiotik verdilər. Çətin dövr keçirdim. Mövsümə yenidən başlamaq lazım gəlirdi. Bir ay ərzində iki təlim-məşq toplanışında oldum. Əlimdən gələni etdim ki, əvvəlki formama qayıdım.
Bu xəstəlikdə bəzən simptomlar görünmür, sağlam kimi görünürsən. Amma çölə çıxmaqla bu xəstəliyi digərlərinə də yaya bilərsən. Ona görə də, hökumətlər əhalini evdə qalmağa səsləyir”.
Oxşar xəbərlər