Türkiyədə bütün idman yarışları təxirə salındı - RƏSMİ

  • 19 mart 2020, 22:55
Türkiyədə bütün idman tədbirləri koronavirus pandemiyasına görə təxirə salınıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu mətbuata açıqlamasında deyib.
Nazir bildirib ki, qərar federasiya prezidentləri ilə bugünkü görüşdə qəbul olunub.
Onun sözlərinə görə, ölkədə keçirilən bütün idman yarışları növbəti xəbərdarlığa qədər dayandırılıb.
Oxşar xəbərlər