"Lion" və "Marsel" səfərdə xal itiriblər

  • 03 fev 2020, 07:55

Fransa Liqa1-də XXII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, son gündə 3 oyun keçirilib.

"Nitsa"nın qonağı olan "Lion" uduzaraq, ilk "dördlüy"ə girmək şansını əldən verib. Əvəzində "Nitsa" rəqibi ilə aradakı xal fərqini qapadıb.

Turun son matçında ortabablar sırasında yer alan "Bordo" ikinci pillənin sahibi "Marsel"i qəbul edib. "Matmyut Atlantik" stadionunda baş tutan qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Bu isə "Marsel"in lider PSJ ilə xal fərqinin 12-yə yüksəlməsinə səbəb olub.

Fransa Liqa1-i
XXII tur
2 fevral
"Nitsa" - "Lion" - 2:1
Dolberq, 33, 64 - Ekambi, 45
"Metz" - "Sent-Etyen" - 3:1
Nquette, 44, 70; Diallo, 63 - Hamuma, 89
"Bordo" - "Marsel" - 0:0

Oxşar xəbərlər