Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib

  • 20 okt 2019, 15:09

"Real Madrid" futbol komandasının baş məşqçisi Zinəddin Zidan İspaniya çempionatının doqquzuncu turunun "Malyorka"ya qarşı matçını şərh edib.

Bu barədə "Report" "Marca"ya istinadən xəbər verir.

"Biz matça çox pis başladıq. Birinci hissənin son hissəsini yaxşı keçirdik, fasilədən sonra qol anları yaranırdı, amma onları reallaşdırmağa müvəffəq olmadıq, ona görə çətin oldu", - deyə mütəxəssis bildirib.

Zidan həmçinin qeyd edib ki, əgər bu mövsümdə komanda hər hansı mükafat qazanmaq istəyirsə, hər matçda yüksək səviyyə nümayiş etdirməyə borcludur.

Qeyd edək ki, qarşılaşma Madrid klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, "Real"ın La Liqanın cari mövsümündə ilk məğlubiyyəti olub.

Oxşar xəbərlər