Xəbər lenti
Bütün xəbərlər

“Qəbələ”nin APOEL-lə oyunun vaxtı dəyişdirilib

  • 06 sen 2019, 19:06

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək "Qəbələ"nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib.

APA-nın məlumatına görə, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi "qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq.

Nikosiyadakı matç oktyabrın 2-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Cavab oyunu isə oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.

Oxşar xəbərlər