Xəbər lenti
Bütün xəbərlər

“Qarabağ” – APOEL oyununda insident baş verib

  • 14 avq 2019, 08:56

"Qarabağ” və Kipr APOEL-i arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə insident baş verib.

"Report”un məlumatına görə, hadisə 68-ci dəqiqədə APOEL-in müdafiəçisi Uroş Matiçin vurduğu ikinci qoldan sonra yaşanıb. Matiç qolu azsaylı kiprli fanatların olduğu sektora tərəf qaçmaqla qeyd etməyə çalışıb.

Bu zaman tribunadan onlara tərəf plastik qablar atılıb.

Qeyd edək ki, hazırda APOEL öndədir – 2:0.

Oxşar xəbərlər