Xəbər lenti
Bütün xəbərlər

Türkiyədə Ramil Quliyevin rekordu qırılıb

  • 05 avq 2019, 11:10

Bursada atletika üzrə Türkiyə çempionatı keçirilib.

APA-nın məlumatına görə, yarış azərbaycanlı atlet Ramil Quliyevin rekordunun qırılması ilə yadda qalıb.

100 m məsafəyə qaçışda Cek Ali Harvey 10,33 saniyə ilə tarixi nəticəyə imza ataraq, ölkə çempionu adına sahib olub. O, bununla da Türkiyə yığmasının şərəfini qoruyan R. Quliyev və ona şərik olan Ertan Özkanın rekordunu qırıb. Hər iki atlet 100 m məsafəyə qaçışda 10,43 saniyəyə finişə çatmışdı.

Qeyd edək ki, R. Quliyev 200 m məsafəyə qaçışda dünya və Avropa çempionu olub.

Oxşar xəbərlər