Xəbər lenti
Bütün xəbərlər

Paracüdoçularımız Avropa çempionatında ilk sıradadır

  • 27 iyul 2019, 09:03

Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya milli komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatının ilk günündə beş medal qazanıb.

Trend xəbər verir ki, qadınların yarışında Sevda Vəliyeva (57 kq) ikinci, Səbinə Abdullayeva (52 kq) isə üçüncü olublar.

Kişilərin mübarizəsində Bayram Mustafayev (66 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) bürünc medal qazanıblar.

Beləliklə, yarışın ilk 2 gümüş və 3 bürünc mükafat qazanan Azərbaycan millisi medal sayına görə, birinci yerdə qərarlaşıb.

Oxşar xəbərlər