Məhəmməd Salah "Nyukasl" ilə oyunda zədələnib

  • 05 may 2019, 15:05

"Liverpul" futbol klubu İngiltərə çempionatının 37-ci turunda "Nyukasl" üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, matçın 68-ci dəqiqəsində komandanın hücumçusu Məhəmməd Salah rəqib komandanın qapıçısı Martin Dubravka ilə toqquşub və başından zədələnib.

Həkimlər misirli futbolçuya yerində tibbi yardım göstərməyə çalışsalar da, sonda o, meydanı xərəkdə tərk edib.

Hazırda "Liverpul" turnir cədvəlinin birinci pilləsində gedir.

Oxşar xəbərlər